Prezident Qırğızıstan nazirini qəbul etdi

media-hightechnic-468x90

ilham eliyev df101Prezident İlham Əliyev Qırğız Respublikasının müdafiə naziri Abibilla Kudayberdiyevi qəbul edib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, müdafiə naziri Abibilla Kudayberdiyev Qırğız Respublikasının Prezidenti Almazbek Atambayevin salamlarını dövlətimizin başçısına çatdırdı.

Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, əlaqələrimizin daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi, ölkələrimizin müdafiə və müdafiə sənayesi, o cümlədən hərbi təhsil sahələrində əməkdaşlığının perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Dövlətimizin başçısı İlham Əliyev Prezident Almazbek Atambayevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Qırğız Respublikasının Prezidentinə çatdırmağı xahiş etdi.

(anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05