!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident Rusiya-Türkiyə Monitorinq Mərkəzinin əsas məqsədlərini AÇIQLADI

!Reklam – Yazi

“Rusiya-Türkiyə Monitorinq Mərkəzinin fəaliyyətinə gəldikdə, deyə bilərəm ki, bu da noyabrın 10-da imzalanmış bəyanatda müəyyən mənada öz əksini tapır. Orada dəqiq göstərilmirdi ki, bu, Rusiya-Türkiyə birgə monitorinq mərkəzi olacaq, amma biz bu bəyanatı razılaşdıranda bunu müəyyən etmişdik”. 

Yenicag.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında deyib:

“Azərbaycan öz vəsaiti hesabına bu monitorinq mərkəzini Ağdamda Mərzili kəndi yaxınlığında yaratdı. Bütün şərait yaradıldı. Bildiyiniz kimi, monitorinq mərkəzi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi post-müharibə dövrünə nəzarət etmək, monitorinq aparmaq, o cümlədən PUA-larından istifadə edərək münaqişə zonasındakı qarşıdurmaların olmamasını təmin etməkdir. Əgər olarsa, mərkəz kimin bunu törətdiyini təsbit etməlidir. Diversiya qrupu istisna olmaqla bu günə qədər hər hansı ciddi qarşıdurma olmayıb”.

www.yenicag.az

337
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv