Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Prezident rüsvay oldu-Foto

88142Ekvador prezidenti Rafael Korreanın çəkdirdiyi şəkil onu internetdə biabır edib.

Yenicag.az anspress-ə istinadən xəbər verir ki, prezidentin çəkdirdiyi şəkildə ilk baxışdan qəribə heç nə yoxdur. Sadəcə prezident bir oğlan uşağı ilə səmimi şəkil çəkdirib. Lakin həmin şəkil internetdə paylaşılandan sonra oğlanın köynəyinin üstündəki yazı insanların diqqətini cəlb edib. Həmin köynəkdə “mən axmaqla birlikdəyəm” (“I’m with stupid”) yazılıb və ox işarəsi də düz prezidentə doğru yönəlib.

Bu şəkil interneti partlatdı və tvitter istifadəçiləri #IAmWithStupidMashi həştəqi ilə bir qurbağa şəkli paylaşmağa başladılar. Bundan başqa, Ekvador prezidentinə müxalif olan qüvvələr də indi ona lağ edir və Korreanı Corc Buş oğul ilə müqayisə edirlər.

Prezident Rafael Korreanın özü isə bununla bağlı heç bir açıqlama verməyib. Həmçinin o da bilinmir ki, oğlana məhz həmin yazılı köynəyi geyinməyi məsləhət biliblər, yoxsa bu, bir təsadüfdür.

www.yenicag.az

243