!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezident seçkisinin yekunlarını yoxlayacaq şəxslər - ADLAR + FOTO

!Reklam – Yazi

Seçki Məcəlləsinə əsasən, Mərkəzi Seçki Komissiyası 10 gün müddətində prezident seçkisinə yekun vurur.

Belə ki, MSK səsvermə günündən başlayaraq 10 gün müddətində prezident seçkisinə yekun vurulması və nəticələrin təsdiq olunması üçün Konstitusiya Məhkəməsinə təqdimini təmin etməlidir.

Konstitusiyanın 102-ci maddəsinə görə, prezident seçkisinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində Konstitusiya Məhkəməsi rəsmən elan edir.

Qeyd edək ki, Konstitusiya Məhkəməsinin 9 hakimi prezident seçkisinin yekunlarını yoxlayacaq.


Fərhad Abdullayev Konstitusiya Məhkəməsinə sədrlik edir.

Onun müavini isə Sona Salmanovadır.

Digər hakimlər aşağıdakılardır:

Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov, Kamran Şəfiyev

Bildirək ki, MSK seçkinin nəticələri barədə yeni məlumat açıqlayıb. Həmin nəticələrə əsasən, seçici fəallığı 76,43 faizdir.

Həmin nəticələrdə prezidentliyə namizədlərin topladığı səslər aşağıdakı kimi olub:

– İlham Əliyev – 92,12 faiz (4 577 693 səs) ;

– Zahid Oruc – 2,17 faiz (107 877 səs);

– Fazil Mustafa – 1,98 faiz (98 623 səs);

– Qüdrət Həsənquliyev – 1,72 faiz (85 607 səs);

– Razi Nurullayev – 0,80 faiz (39 797 səs);

– Elşad Musayev – 0,66 faiz (32 956 səs);

– Fuad Əliyev – 0,53 faiz (26 561 səs).

COP29

www.yenicag.az

133
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv