Prezident sərəncam imzaladı

media-hightechnic-468x90

50796Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib. Azərbaycan prezidenti İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Ramin Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavini təyin edilib.

R. Məmmədov Diasporla İş üzrə Dövlət Komitəsi Aparatının rəhbərinin müavini, YAP Gənclər Birliyinin sədr müavini olub. (APA)

media-ziraat-728x90

Prezident sərəncam imzaladı

media-hightechnic-468x90

Ilham Eliyev Imzalanma 130510Prezident İlham Əliyev sərəncam imzalayıb

Azərbaycan prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında sərəncam imzalayıb.

Sərəncamda bildirilir ki, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın.

Nazirlər Kabinetinə tapşırılıb ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılmasına dair təkliflərini və Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını bir ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin, sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Sərəncam 2015-ci il yanvarın 1-dən qüvvəyə minir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600