Prezidenti stadionda fitə basdılar – VİDEO
Çempionlar Liqasının Kiyevdə keçirilən `Dinamo` -`Mançester Siti` qarşılaşması zamanı azarkeşlər Ukrayna prezidenti Pyotr Poroşenkonu fitə basıblar.
Müvafiq videogörüntü `VKontakte` sosial şəbəkəsinə yüklənib.
Məlumata əsasən Kiyevin `Olimpiyskiy` stadionunun direktoru ikinci hissənin ortalarında azarkeşləri tribunada ölkə prezidentinin olması haqqında məlumatlandırıb. Azarkeşlər isə buna cavab olaraq prezidenti fitə basıblar.
Poroşenko oyunu Ukraynanın şərqində anti-terror əməliyyatının döyüşçüləri ilə birgə izləyib.
Çempionlar Liqasının 1/8 finalında səfərdə “Dinamo” (Kiyev) ilə qarşılaşan “Mançester Siti” 3:1 hesablı qələbə qazanıb.(Azvision)
https://youtu.be/9CMvHeFsEDo