“Prezidentin 1999-cu ildə imzalandığı qanun hələ də qüvvəyə minməyib”
Adil Qeybulla: “Gözləyirik ki, icbari tibbi sığorta nəhayət ki, 2015-ci ildə qüvvəyə minsin”
Bütün sahələrdə olduğu kimi Azərbaycan tibb sahəsi bəzi yeniliklərlə təzə ilə qədəm qoydu. Amma hələ də bu sahənin inkişafı üçün çoxsaylı islahatların həyata keçirilməsi vacibdir. Görəsən, tibb sahəsində vacib olan hansı islahatlar keçirilməlidir?
Yenicag.az-a açıqlamasında tibb elmləri doktoru Adil Qeybulla 2015-ci ildə ən azından iki istiqamət üzrə islahatların baş tutmasını vacib bildi: “Əvvəla dərman bazarı və dərman təhlükəsizliyi haqqında qanun təsdiqini tapmalı və cəmiyyətdə onun işlək mexanizmi olmalıdır. İcbari tibbi sığorta haqqında qanun layihəsi 1999-cu ildə Azərbaycan prezidenti tərəfindən imzalansa da, hələ də qüvvəyə minməyib. Bu qanunun da işlək mexanizminin qurularaq tətbiq edilməsi vacibdir ki, vətəndaşlar nəhayət ondan faydalana bilsinlər. Azərbaycan səhiyyəsi bu islahatlar həyata keçirilmədən heç zaman dünya səhiyyəsinin üzvü ola bilməyəcək. Qərb təbabəti standartlarını tam mənimsəməliyik ki, Avropa səhiyyəsinin bir üzvünə çevrilə bilək. Ona görə də sadaladıım saələr üzrə islahatların keçirilməsi ən vacibdir. Lakin nədənsə hər il bu proses gecikdirilir. 2015-ci ildə bu sahədə gözləyirik ki, islahatlara nəhayət start veriləcək”.
Rüfət