Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Prezidentin köməkçisindən ANONS: “Yumşalmaya addım-addım gediləcək”

“Karantin qaydalarına əməl edilərsə, daha çox açılmalara getmək mümkün olacaq”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxış edən prezidentin köməkçisi, Prezident Adminstrasiyasının İqtisadi məsələlər və İnnovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

Şahmar Mövsümov qeyd edib ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür. Buna görə də yumşalmaya addım-addım gediləcək:

“Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün birinci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır.

İkinci istiqamət həmin qaydalara nəzarəti həyata keçirməkdən ibarətdir. Üçüncü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün ciddi işlər görülüb və hər bir yoluxanın vaxtında müəyyənləşdirilərək, təcrid edilməsi nəzərdə tutulub”.

Gülşən Şərif

www.yenicag.az

404
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100