!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Prezidentin NATO yanındakı Nümayəndəlikdən geri çağırdığı diplomat kimdir? - DOSYE

!Reklam – Yazi

Prezident İlham Əliyev iyunun 16-da Qaya Məmmədovun Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Qaya Məmmədov 16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilmişdi.

Yenicag.az saytı Qaya Məmmədovun qısa tərcümeyi-halını təqdim edir:
Qaya Məmməd oğlu Məmmədov Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura pillələrini bitirib, ABŞ-ın Taft Universitetinin Fletçer adına Hüquq və Diplomatiya Məktəbində diplomatiya ixtisası üzrə magistr təhsili alıb.

Q.Məmmədov Azərbaycan Respublikasının diplomatik xidmətində fəaliyyətinə 1999-cu ildə başlayıb.

O, Xarici İşlər Nazirliyinin müxtəlif idarələrində, o cümlədən 2001-2004-cü illərdə Azərbaycan Respublikasının Almaniyada səfirliyində çalışıb.

Q.Məmmədov Almaniya Xarici İşlər Nazirliyinin Diplomatiya Məktəbində, Harvard Universitetinin Con F.Kennedi adına İdarəçilik Məktəbində, Təhlükəsizlik məsələləri üzrə Corc Marşal adına Avropa Mərkəzində və ABŞ Milli Müdafiə Universitetində təlimlər keçib.

O, NATO Müdafiə Kollecinin 2005-2006-cı illər üzrə 107-ci Ali kursunun məzunu olub.

2007-2008-ci illərdə NATO Beynəlxalq Qərargahının Müdafiə siyasəti və planlaması idarəsində tərəfdaşlıq zabiti vəzifəsində işləyib.

2008-2011-ci illərdə isə NATO yanında nümayəndəliyində müxtəlif diplomatik vəzifələr tutub.
2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Diplomatik xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

O, 2013-2017-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışıb.

2017-ci ilin sentyabr ayından Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı vəzifəsini icra edib.

16 oktyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilmişdi.

Q.Məmmədov ingilis, alman və rus dillərini sərbəst, fransız dilini orta səviyyədə bilir.
O, Xəzər Universiteti və ADA Universitetində xarici siyasət və diplomatiya məsələləri üzrə mühazirələr verib.

COP29

www.yenicag.az

345
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv