Prezidentin nümayəndəsi Rusiya ilə münasibətlərdən danışdı

media-hightechnic-468x90

“Azərbaycan-Rusiya münasibətləri baxımından biz çalışırıq ki, qarşılıqlı hörmət əsasında hər iki tərəfin maraqlarını nəzərə alacaq qarşılıqlı faydalı, praqmatik və proqnozlaşdırıla bilən münasibətlər quraq”.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bunu Çex Respublikasında səfərdə olan Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov “CNN Prima News” telekanalına müsahibəsində deyib.

“Bu həm də Azərbaycanın bütün qonşularına münasibətdəki mövqeyidir, çünki biz həmişə çoxvektorlu, praqmatik və müstəqil xarici siyasətin lehinə seçim etmişik və münasibətlər üçün əsas meyar milli maraqlarımızı qiymətləndirməyimizdir”, – deyə prezidentin nümayəndəsi bildirib.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05