Prezidentin qızının erməni rəfiqəsi həbs edildi
Prezidentin qızının erməni rəfiqəsi 9 il müddətinə azadlıqdan məhrum edilib.
Özbəkistan prezidentinin böyük qızı Gülnarə Kərimovanın yaxın tərəfdaşları Qayane Avakyan və Rüstəm Madumarov ölkə məhkəməsinin qərarı ilə azadlıqdan məhrum ediliblər. Məhkəmənin qərarı ilə Qayane Avakyan 9 il, Rüstəm Madumarov isə 10 il müddətinə azadlıqdan məhrum ediliblər. Prezident qızının yaxınlarının məhkəmə prosesi qapalı keçrildiyindən həbsin təfərrüatı barədə məlumat verilmir.
Madumarov bir neçə xüsusi xidmət orqanın əməkdaşı ilə birgə mühakimə olunub və o adam oğruluğu və digər cinayətlərdə təqsirli bilinib.
Qeyd edək ki, bu ilin fevralın 17-də Özbəkistan Baş prokurorluğu Gülnarə Kərimovaının yaxınları olan Rustam Madumarov, Qayane Avakyan və Yekatrina Klyuyev barəsində bir neçə maddə ilə cinayət işi açıb.