Prezidentin xüsusi nümayəndəsinin hüquqi statusu müəyyən edilir

media-hightechnic-468x90

Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin, onun müavinin və nümayəndəliyin mütəxəssislərinin hüquqi statusu müəyyən edilir.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Dövlət qulluğu haqqında” qanuna yeni anlayışlar daxil edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələrinin müavinlərinin vəzifələri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərində mütəxəssislərin vəzifələri inzibati və yardımçı vəzifələr hesab ediləcək.

Təklif müzakirələrdən sonra səsə qoyularaq bir oxunuşda qəbul edilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 18.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa