“Gərək namizədlər təbliğat və təşviqat kampaniyasında əhəmiyyətli dərəcədə rolu olan medianın gücündən istifadə haqqında düşünsünlər”.
Bunu fevralın 7-də keçiriləcək prezident seçkiləri üçün namizədlərin təbliğat və təşviqat kampaniyasında medianın rolundan danışan ekspert Aydın Quliyev Yenciag.az-a açıqlamasında deyib.O bildirib ki, seçki prosesində media subyektlərinin də qazanc əldə etmək istəməsi təbii haldır:
“Ən azından ödənişli reklamdan media da bəhrələnə bilər. Bu isə prezidentliyə namizədlərin ödənişli reklamda nə qədər maraqlı olduqlarından asılı məsələdir. Əgər seçki kampaniyasının nəticələri üçün namizədlər ödənişli təbliğatın roluna və əhəmiyyətinə lazımi dəyəri verə bilsələr, təbii ki, media da qazanacaq. Gərək namizədlər təbliğat və təşviqat kampaniyasında əhəmiyyətli dərəcədə rolu olan medianın gücündən istifadə haqqında düşünsünlər. Əgər düşünsələr, bəli, təbii olaraq bu proseslərdə media da qazana bilər”.
Nəsimi Ələsgərli
www.yenicag.az