Proaktiv qaydada pensiya, müavinət, təqaüd təyin olunanların sayı açıqlandı

media-hightechnic-468x90

2023-cü ilin yanvar-aprel ayları ərzində 58,8 min pensiya, müavinət, təqaüd təyinatı elektron sistem üzərindən proaktiv qaydada aparılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Yenicag.az-a bildirilib ki, onlardan 12,8 mini pensiya, 46 mini müavinət və təqaüd təyinatı olub.

Nazirlik tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.

Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600