"Problemin həll olunmasında son sözü deyəcək şəxs Paşinyan deyil" - MÖVQE

media-hightechnic-468x90

“Azərbaycan Paşinyan yox, Sarkisyan, Köçəryan ordusuna qalib gəlib”.

Bunu siyasi şərhçilərin “Paşinyanın heç bir zaman Qarabağ iddiası olmayıb” fikirlərinə münasibət bildirən politoloq Fuad Abbasov Yenicag.az-a açıqlamasında deyib.

O bildirib ki, Paşinyanın heç vaxt Qarabağ iddiası olmayıb:

“Paşinyan Qarabağa aid erməni cəmiyyəti və diasporasının tələbinə uyğun bir sıra iddia səsləndirib. Əslində, Qarabağa əsas iddiaları Moskvanın tələbi ilə Köçəryan, Sarkisyan irəli sürüb. Qərbyönümlü siyasət yürüdən Paşinyana qarşı prezident İlham Əliyev bir sıra üstüörtülü bəyanatlarla çıxış edib. Azərbaycanın Paşinyan yox, Sarkisyan, Köçəryan ordusuna qalib gəldiyini vurğulayıb.

Qarabağ Azərbaycan-Ermənistan arasında yox, dünyanın aparıcı qüvvələrinin tələblərinə uyğun həll olunur. Əminliklə demək olar ki, Paşinyan Qarabağ probleminin həll olunmasında son söz deyəcək şəxs deyil. Son sözü ya Amerika, ya Rusiya, ya da Fransa deyəcək”.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600