Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Professor Maqsud Nəcəfov vəfat etdi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Riyaziyyat və İnformatika fakültəsinin dekanı, riyaziyyat üzrə elmlər doktoru, professor Maqsud Nəcəfov 73 yaşında dünyasını dəyişib.

Yenicag.az xəbər veri ki, Maqsud Nəcəfov 1948-ci il oktyabrın 25-də Ermənistan Respublikasının Sisyan rayonuunun Ağudi kəndində anadan olub.

1966-cı ildə Ağudi kənd orta məktəbini bitirib Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuş, 1971-ci ildə buranı əla qiymətlərlə bitirib. 1972-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasına daxil olmuşdur. 1975-ci ildə aspiranturanı fərqlənmə diplomu ilə bitirib.

1975-ci ildən 1981-ci ilə qədər ADPU-da laborant, baş laborant, müəllim, baş müəllim vəzifələrində işləyib.

1975-ci ildən Ümumi riyaziyyat kafedrasında, 1986-cı ildən Cəbr və ədədlər nəzəriyyəsi kafedrasında laborant, baş laborant kimi fəaliyyət göstərib.

1983-cü ildə fizika-riyaziyyat elmləri namizədi alimlik dərəcəsi alıb.

1989-cu ildən Həndəsə kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışıb.

1998-ci ildən riyaziyyat fakültəsinin dekanı işləyib.

2012-ci ildə “Silindirik və konik örtüklərin aeroelastik rəqslər və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edib, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

Respublikanın ictimai-siyasi həyatında da fəal iştirak edib, məşhur “91-lər” dən biri olub.

Təhsilin inkişafında xidmətlərinə görə Prezident İlham Əliyevin sərəcamı ilə Tərəqqi medalı (2007) və Əməkdar müəllim fəxri adı ilə (2012) təltif olunub.

Tanınmış jurnalist, Qhtxeber.az saytının rəhbəri Sənan Nəcəfovun atasıdır.

Loading...

www.yenicag.az

220
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100