!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Professor Mustafa Aydın: “Azərbaycan COP29 Zirvəsi ilə yüksək təşkilatçılıq imkanlarını bir daha sübut etdi”

!Reklam – Yazi

“Azərbaycanın ev sahibliyi ilə baş tutan Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 29-cu Konfransı(COP29)yüksək təşkilatçılıq və bir sıra mühüm qərarların qəbul edilməsi ilə yadda qaldı. İndiyədək çox sayda irimiqyaslı beynəlxalq tədbirə uğurla ev sahibliyi edən Azərbaycan COP29-da bütün iştirakçı dövlətlərin fəal iştirakı üçün yaratdığı şəraitlə bir daha yüksək təşkilatçılıq imkanlarına diqqət çəkdi”.

Bu sözləri Editor.az-a açıqlamasında Türkiyənin nüfuzlu İstanbul Aydın Universitetinin təsisçisi, professor Mustafa Aydın Azərbaycanda keçirilən COP29 sammitini şərh edərkən deyib. Onun sözlərinə görə, Türkiyə bu böyük sammitdə geniş tərkibdə və yüksək səviyyədə iştirak etdi: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Türkiyənin 2053-cü il üçün Xalis Sıfır Emissiya Hədəfi və enerji transformasiyası strategiyaları haqqında açıqlamaları dünya ictimaiyyətində böyük diqqət və maraq oyandırdı”.

Professor Mustafa Aydın Türkiyənin iqlim dəyişikliyi ilə mübarizədə qətiyyətli münasibətinə diqqət çəkərək, rəhbərlik etdiyi İstanbul Aydın Universitetinin təhsildən enerjiyə, ətraf mühitdən texnologiyaya qədər bir çox sahədə ciddi tədqiqatlar və layihələr icra etdiyini bildirib: “Universitetlər təkcə bilik istehsal etməməli, həm də gələcəyin ekoloji şüurlu liderlərinin yetişdirilməsində fəal rol almalıdırlar. İstanbul Aydın Universiteti iqlim dəyişikliyi ilə mübarizə məsələlərini keçirilən dərslərin məzmununa inteqrasiya edərək tələbələrin ətraf mühit haqqında məlumatlılığını artırmağı hədəfləyir. Bundan əlavə, biz karbonun təsirlərini azaltmaq üçün müvafiq araşdırmalar apararaq, qlobal problemlərin həlli naminə müxtəlif təkliflərlə çıxış etməyə davam edəcəyik”.

Professorun sözlərinə görə, hazırda universitet şəhərciklərinin enerji ehtiyacları bərpa olunan mənbələrdən qarşılanır. Mustafa Aydın günəş enerjisi panelləri və enerjiyə qənaət edən texnologiyalarla dayanıqlı kampus mühiti yaratmağı hədəflədiklərini bildirib: “Prezident Ərdoğanın liderliyi ilə milli uğur hekayəsinə çevrilən Sıfır Tullantı Layihəsi İstanbul Aydın Universitetinin prioritet gündəm mövzularından biridir. Biz universitet şəhərciyimizdə təkrar emal infrastrukturunu gücləndirdir və orqanik tullantıları komposta çeviririk. Bundan əlavə, Yozgat şəhərinin Yerköy qəsəbəsində quraşdırdığımız günəş enerjisi paneli sistemini ekoloji cəhətdən təmiz enerji istehsalına ciddi töhfələr verir və bölgədə enerji səmərəliliyi səylərini dəstəkləyir”.

Professor Mustafa Aydın Milli Ağaçlandırma Günündə yüzlərlə fidan əkməklə tələbələr arasında ekoloji maarifləndirmə işləri apardıqlarını və gələcəyə yaşıl bir miras qoymağı hədəflədiklərini qeyd edib. COP29 kimi zirvələrin beynəlxalq əməkdaşlıq sahəsində iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynadığını deyən Aydın, İstanbul Aydın Universitetinin qlobal ekoloji problemlərin həllinə yönəlmiş layihələrdə iştirakını davam etdirəcəyini bildirdi: “İstanbul Aydın Universiteti olaraq iqlim dəyişikliyi ilə mübarizədə öz məsuliyyətimizi dərk edirik. Bu istiqamətdə maarifləndirici fəaliyyətlərimizi, sosial layihələrimizi icra davam edirik. Bu səylər təkcə bu gün üçün deyil, həm də gələcək nəsillərin yaşayacağı dünya üçün böyük əhəmiyyət kəsb edir. Türkiyənin yaşıl strategiyası ilə daha böyük uğurlar əldə edəcəyinə əminik”.

COP29

www.yenicag.az

73
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv