Prokuror arvadını öldürməyə cəhd edən şəxsə cəza istədi

media-hightechnic-468x90

Prokuror Bakıda arvadını öldürməyə cəhddə təqsirləndirilən Sərdar Namazovun 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə elan edilib.

Məhkəmənin növbəti iclası aprelin 11-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin oktyabrında paytaxtın Binəqədi rayonunda qeydə alınıb.

Belə ki, 1957-ci il təvəllüdlü S.Namazov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 1969-cu il təvəllüdlü Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd edib.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

S.Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05