Prokurorluqdan Nuranənin ölümü ilə bağlı açıqlama

media-hightechnic-468x90

Şəxsin paraşütlə atlanarkən yıxılaraq ölməsi faktı üzrə araşdırma aparılır.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, iyulun 7-də Bakı şəhər sakini 1989-cu il təvəllüdlü Nuranə Məcidovanın Siyəzən rayonu Zarat kəndində yerləşən “Beşbarmaq” piri adlanan ərazidə dağdan paraşüt vasitəsilə atlanarkən yıxılaraq ölməsi faktı üzrə Siyəzən rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi tam, hərtərəfli və obyektiv araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600