!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Proqramçılar yarışa çıxır!

!Reklam – Yazi

Azercell-in Qızıl Sponsor kimi çıxış etdiyi “Hackathon-AzIn 2018″ müsabiqəsində innovativ fikirlər koda çevriləcək.

Ölkəmizdə informasiya texnologiyaları sahəsinə olan marağı artırmaq və bu sahədə olan istedadlı gənclərin bacarıqlarını nümayiş etdirməsinə imkan yaratmaq məqsədilə “Hackathon” müsabiqəsinə start verilir. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC-nin təşkilatçılığı və Yüksək Texnologiyalar Parkının dəstəyi ilə həyata keçirilən “Hackathon-AzIn 2018″ yarışması oktyabrın 29 və 30-da baş tutacaq. Azərbaycanda ilk dəfə keçiriləcək beynəlxalq “İnnovasiyalar həftəsi” çərçivəsində təşkil olunan müsabiqədə startapların öz bizneslərini qurmasına, innovativ xidmətlər göstərməsinə və yeni müştərilər əldə etməsinə daim dəstək göstərən “Azercell Telekom” MMC Qızıl Sponsor kimi çıxış edir.

Məlumat üçün bildirək ki, 3 mərhələdən ibarət olacaq “Hackathon” müsabiqəsinin birinci mərhələsi oktyabrın 29-da “AzInTelecom” tərəfindən iştirakçılara mövzu ilə bağlı müvafiq tapşırığın verilməsi ilə başlayacaq. Yarışın ikinci mərhələsində iştirakçılar tapşırığın proqramlaşdırma və təqdimatı üzərində işləyəcək, oktyabrın 30-da isə verilən tapşırıqların icrası qiymətləndirilərək yarışın qalibi seçiləcək. Müsabiqədə birinci yerin qalibi 5 000 AZN, ikinci yer 3 000 AZN, üçüncü yerin qalibi isə 1 000 AZN məbləğində “AzInTelecom” tərəfindən mükafatlandırılacaq. Müsabiqədə iştirak etmək istəyən proqramçılar hackathon.azintelecom.az ünvanına daxil olaraq qeydiyyat formasını doldurmalıdırlar.

Qeyd edək ki, müəyyən bir mövzu ilə bağlı proqramçıların komanda şəklində çalışaraq öz innovativ fikirlərini koda çevirdiyi, məhdud zaman çərçivəsində rəqəmsal resurslar hazırladığı “Hackhaton”lar bütün dünyada adətən “Google”, “Netflix”, “Facebook”, “HP” və “Microsoft” kimi nəhəng şirkətlər tərəfindən həyata keçirilir.Proqramçıların marafonu hesab edilən “Hackathon” yarışması Azercellin Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin təşkilatçılığı ilə də ölkəmizdə 5 dəfə keçirilib.

Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 48% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 80% (işğal altında olan 20% ərazi istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi, həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.

COP29

www.yenicag.az

2202
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv