!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Proseslərin bilərəkdən qarşıdurmaya yönəldilməsi: "Bu, Azərbaycanın suverenliyinə hörmətsizlikdir"

!Reklam – Yazi

“Prosesləri qəsdlə qarşıdurmaya yönəltmək istəyirlər”.

Bu sözləri sahədə fərqli, sözdə isə sülhyaratma prosesini önə çıxaran dövlətlər və yaranmış vəziyyəti dəyərləndirən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Qabil Hüseynli bildirib ki, o qədər yükün xəbərdarlıqsız gətirilməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir:

“Vəziyyət xoşagələn deyil. İstər Qərbi, istərsə də Rusiyası eyni arqumentlərlə Azərbaycanın üzərinə gəlirlər. Hümanitar fəlakət adı altında Azərbaycandan 19 tırın Qarabağa buraxılmasını tələb edirlər. Həmin tırlarla gətirilən yüklər Qarabağda yaşayan əhalinin 3 aylıq ehtiyacını ödəyə bilər.

Üstəlik də o yük maşınlarında ərazimizdə qeyri-qanuni yerləşmiş hərbi hissələrin də payı var. Azərbaycan Avropa və ABŞ-yə izah etməlidir ki, hümanitar yardım təxribatçı bir addımdır. Alternativ yol təklif olunmuşdu, o yoldan istifadə etməlidirlər.

Xəbərdarlıq edilmədən, icazə alınmadan bu qədər yükün gətirilməsi Azərbaycanın suverenliyinə hörmətsizlikdir. Prosesləri bilərəkdən qarşıdurmaya yönəltmək istəyindən irəli gəlir.

Azərbaycan tərəfi deyir ki, o yüklər buraxılmayacaq. Onlar da deyir ki, yüklər Xankəndinə buraxılana qədər sərhəddə dayanacaq.

Bu vəziyyətdən çıxmağın yolunu tapmaq lazımdır. Elə etmək lazımdır ki, sülhyaratma prosesində “stop” yaranmasın”.

Səxavət Məmməd

www.yenicag.az

565
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv