PSG-nin FİNAL KABUSU: İngilislərin Palmer fərqi özünü GÖSTƏRDİ

media-hightechnic-468x90

Dünən “MetLife” Stadionunda FIFA Klublararası Dünya Çempionatının final qarşılaşması baş tutdu. İngiltərənin “Chelsea” klubu Fransanın “Paris Saint-Germain” klubunu 3:0 hesabı ilə məğlub edərək böyük uğura imza atdı. Bu nəticə ilə London təmsilçisi növbəti 4 il ərzində formasında qızıl emblemi daşımaq hüququ qazandı.

Matçdan öncə bir çoxlarının favorit hesab etdiyi PSG bu dəfə gözlənilənin əksinə nəticə göstərdi. Futbolun sürprizlərlə dolu olduğunu bir daha sübut edən qarşılaşma azarkeşlərə unudulmaz anlar yaşatdı.

Gərgin keçən qarşılaşma ilə bağlı Yenicag.az-a danışan tanınmış idman jurnalisti Kənan Həsənov fikirlərini bölüşüb:media-whatsapp-gorsel-2025-07-14-saat-14-27-12_21e611ae

“Oyunun əsas məqamı və dönüş nöqtəsi nə oldu” sualına o, belə cavab verib:

“Dönüş nöqtəsi deməyək, amma mənə elə gəlir ki, sadəcə “Chelsea” yaxaladığı imkanları dəyərləndirməyi bacardı. Bu da oyunun sonrakı gedişinə təsir etdi. Əslində, dönüş nöqtəsi bəlkə də məhz bu idi. Ümumilikdə götürdükdə, hər iki komandanın çıxışı normal idi. Finala layiq bir oyun izlədik. Həqiqətən də hər iki komandanın ifasında maraqlı oyun gördük. Qapı qarşısında təhlükəli vəziyyətlər və qol epizodlarının sayı kifayət qədər çox idi”.

K. Həsənovun fikrincə, “Chelsea”nin qapıçısının inamlı çıxışı da xüsusi qeyd olunmalıdır:

“Bir neçə epizodda komandasını real qoldan xilas etdi. Ümumiyyətlə, oyunu izləyən azarkeşlər bu qarşılaşmadan zövq aldı desək, yanılmarıq. Təbii ki, Kol Palmer də “Qızıl top”a əsas namizədlərdən biri ola bilər. Amma bu, onun bundan sonrakı oyunlarda necə çıxış edəcəyindən də asılı olacaq. Hazırda isə Palmer “Chelsea”də özünü tam mənada lider kimi göstərir. Yetərincə parlaq oyun sərgiləyir və komandasına çox faydalıdır. Final oyunundakı çıxışı da möhtəşəm idi. Əslində, təkcə final yox, ümumi olaraq “Chelsea”də göstərdiyi performans olduqca yüksək səviyyədədir. O, komandanın uğurlarında əsas rollardan birini oynayır”.

Müsahibimiz onu da diqqətə çatdırıb ki, dünya futbolunda belə şübhələr zaman-zaman qabardılır:

“Amma mən şəxsən bu səviyyədə bir oyunun – özü də final oyununun belə məsələlərlə əlaqələndirilməsinə inanmıram. Hər iki komanda qələbəyə fokuslanmışdı. Sadəcə, birində planlar alındı, digərində yox. “Chelsea” yararlandığı epizodlardan istifadə etdi, PSG isə edə bilmədi. Qeyd etmək lazımdır ki, PSG zəif komanda deyil. Üstəlik, onların yarımfinalda bəzi önəmli oyunçuları zədələndi və finalda iştirak edə bilmədi. Bu da təbii ki, təsirsiz ötüşmədi. Amma ümumilikdə düşünmürəm ki, bu oyunun nəticəsində hansısa qaranlıq məqamlar olub. Sadəcə, oyun belə alındı – biri bacardı, digəri yox”.

Göycə Göycəyev

 

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600