PSJ-nin ulduzu Azərbaycanla matçı buraxacaq

media-hightechnic-468x90

DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyunda zədələnən Fransa millisinin üzvü Usman Dembelenin durumu ciddidir.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, arxa bud əzələsindən zədə alan PSJ-nin vingeri 6 həftə meydana çıxa bilməyəcək.

Bu isə o deməkdir ki, 28 yaşlı futbolçu oktyabrın 10-da Azərbaycan millisi ilə keçiriləcək görüşü buraxmalı olacaq.

PSJ-nin daha bir futbolçusu, Deziro Due də Fransa millisinin heyətində zədə alıb. Onun isə təxminən 4 həftə yaşıl meydanlardan uzaqda qalacağı bildirilib.

Qeyd edək ki, oktyabrın 10-da Parisdəki “Park de Prens” stadionunda keçiriləcək Fransa – Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 07.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa