Beyrutta yaşayan Ebu Cafer adlı şəxs çarəsiz vəziyyətdə olan qaçqınları taparaq onların orqanlarını alır.
Yeniçağ.az Türkiyə KİV-lərə istinadən xəbər verir ki, Caferin son qurbanı isə 17 yaşlı suriyalı gənc olub. Borclarını ödəyə bilməyən gənc 8 min dollar qarşılıqda böyrəyini satıb.
Məlumata görə, Ebu Cafer bir barda mühafizə xidmətində çalışıb. Daha sonra o orqan ticarətilə məşğul olan qrupla tanış olub. Hazırda Caferin işi pul qarşılığında orqanlarını satacaq qədər çarəzir vəziyyətdə olan insanları tapmaqdır. Buna görə də, Suriyadan Lübnana gələn qaçqınlar onun üçün gözəl bir fürsətə çevrilib.
Qürurla insanlardan faydalandığını açıqlayan Cafer onların Suriyadakı evlərində asanlıqla öləcəyini, bu zamana qədər gördükləri vəhşilik qarşılığında orqanlarını satmağın o qədər də dəhşətli bir hadisə olmadığını qeyd edib.
Soyuqqanlılıqla “işindən” bəhs edən Cafer insanları orqanlarını almaq üçün Beyrutda yerləşən kafeyə apardığını deyib. İşlək vəziyyətdə olmayan binanın arxa tərəfində köhnə mebellərlə dolu otağın hər küncündə içərisində bülbüllər olan qəfəslər asılıb. Cafer indiyə qədər bura təxminən 30 qaçqın gətirdiyini bildirib. Onun sözlərinə görə, hətta gözünü satmağa razı olan çarəsiz qaçqın tapıb:
“Adətən böyrək istəyirlər, amma digər orqanlar da tapa bilirəm. Bir dəfə göz istədilər və gözünü satmağa razı olan birini tapdım. Gözün şəklini çəkdim və “Whatsapp”la göndərdim. Sonra da müştəriyə apardım”.
Yeniçağ.az
www.yenicag.az