!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Putin bütün istiqamətlərdə məğlub olub” – Amerikalı general

!Reklam – Yazi

“Qış mövsümünün başlaması və şaxtaların düşməsi ilə döyüş əməliyyatlarının intensivliyi azalacaq”.

Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Ukrayna müharibəsinin gedişini dəyərləndirən ABŞ Qərargah Rəislərinin Birləşmiş Komitəsinin sədri Mark Milli deyib.

Generalın sözlərinə görə, döyüş meydanında ardıcıl uğursuzluqlara məruz qalan Rusiya Ukraynanın mülki infrastrukturunu hədəfə alıb:

“Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzü artıq 10 aydır davam edir və Putin bütün istiqamətlərdə məğlub olub.

Ancaq Rusiya işğalçılıq hərəkətlərini davam etdirir və o baxımdan, qarşıda çox sayda döyüş əməliyyatlarının olacağı gözlənilir.

Hazırda qış mövsümünün başlaması və şaxtaların düşməsi ilə döyüş əməliyyatlarının intensivliyi azalacaq.

Belə bir şəraitdə tərəflərin hava şəraiti və relyefdən asılı olaraq hücum əməliyyatı aparmalarına müəyyən imkan yaranacaq. Ona görə də nə baş verəcəyini hələ görəcəyik.

Eyni zamanda, fakt budur ki, döyüş meydanında ardıcıl uğursuzluqlara məruz qalan Rusiya Ukraynanın mülki infrastrukturunu hədəfə alıb”.

www.yenicag.az

307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv