Putin “Dostluq” ordenini Mehriban Əliyevaya təqdim etdi – FOTOLAR/VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva bu gün Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Yenicag.az xəbər verir ki, görüşdə Rusiya dövlət başçısı Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı iki ölkə arasında münasibətlərin inkişafı və möhkəmləndirilməsində göstərdiyi yüksək xidmətlərinə görə “Dostluq” ordeni ilə təltif edib.


Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva noyabrın 20-də Rusiyaya rəsmi səfərə gəlib.