Rusiya prezidenti Vadimir Putin Ermənistandakı qoşunları üzrə nümayəndə təyin edib
Yenicag.az xəbər verir ki, sərəncam 27 iynda Kremlin rəsmi saytında yerləşdirilib.
Putin müdafiə nazirinin müavini, general Nikolay Pankovun Ermənistan-Rusiya birgə qoşun qruplaşamsının yaradılmasına dair sazişin Dövlət Dumasında və Federasiya Şurasında ratifikasiyası zamanı prezidentin xüsusi nümayəndəsi qismində təmsil olunmasına dair sərəncam imzalayıb.
Qeyd edək ki, Vladimir Putin 2016-cı ilin noyabrında müvafiq razılaşmanı təsdiqləyib. Yaradılan qurumun silahlı hücuma, tərəflərin təhlükəsizliyinə mümkün təhdidlərə adekvat reaksiya verəcəyi nəzərdə tutulur.