Putin gəlirləri ilə bağlı hesabat verdi
Rusiya prezidenti Vladimir Putin, hökumət nümayəndələri, Kreml Administrasiyasının rəhbərləri öz gəlirləri və xərcləri ilə bağlı hesabat təqdim ediblər.
Bu barədə Kremlin mətbuat xidmətindən məlumat verilib.
Kreml mətbuat xidmətinin rəhbəri Dmitri Peskovun sözlərinə görə, hesabatlar artıq təqdim olunub və yoxlanışdan keçəcək.
Peskov bildirib ki, hələlik, Kreml məmurlarının xarici banklarındakı hesablarında qanun pozuntusu aşkar olunmayıb.
Qeyd edək ki, məmurların öz gəlirləri və xərcləri, həyat yoldaşlarının gəlirləri haqqında hesabat vermək qaydası 2008-ci ildən tətbiq olunur.
Bu ildən isə məsələ ilə ötən il yaradılmış Korrupsiyaya qarşı Mübarizə İdarəsi məşğul olacaq(axar.az).