Putin görüşə bir saat gecikdi

media-hightechnic-468x90

4024924Rusiya prezidenti Vladimir Putin Roma Papası Fransisklə görüşə bir saat gecikib.

Putinin görüşə gecikmə səbəbi açıqlanmır. Məlumatda vurğulanır ki, Papa Fransiskin rəsmi katibi Qeorq Qenbayn 17:25-də Rusiya liderini qarşılamağa çıxıb. Lakin Putin görüşə 18:10-da gəlib.

Qeyd edək ki, iyulun 10 Putin Milanda İtaliyanın baş naziri Matteo Renzi ilə görüşüb və “Expo – 2015” sərgisinə qatılıb. Daha sonra isə o, Romaya gedib.

Vladimir Putin və Roma Papasının görüşü bir saatdan çox çəkib. Görüşdə hansı məsələlərin müzakirə edilməsi barədə məlumat verilmir. azvision.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05