!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin həftəsonu tətilini Sibirdə keçirəcək

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putin şənbə və bazar günlərini Sibir tayqasında keçirəcək. Müdafiə naziri Sergey Şoyqunun dövlət başçısını tətildə müşayiət edəcəyi gözlənilir.

Bu barədə Yenicag.az “TASS”a istinadən xəbər verir.

Putinin də özü jurnalistlərə istirahət planları haqqında danışarkən tayqaya səyahət edəcəyindən bəhs edib.

Daha sonra dövlət başçısının mətbuat katibi Dmitri Peskov prezidentin həftəsonunu Sibirdə keçirəcəyini bildirib. Kremlin sözçüsü qeyd edib ki, Şoyqunun Putinlə səfərə getməsi gözlənilir.

Peskovun sözlərinə görə, Kreml prezidentin səfəri ilə bağlı foto və video reportaj yayımlayacaq.

www.yenicag.az

420
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv