Reklam

Reklam

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Yenicag.az xəbər verir ki, Prezident Vladimir Putin Prezident İlham Əliyevi seçkilərdə inamlı qələbəsi münasibətilə təbrik edib, ona Azərbaycan xalqının firavanlığı və ölkəmizin inkişafı naminə prezidentlik fəaliyyətində uğurlar arzulayıb. Vladimir Putin əminliyini ifadə edib ki, Rusiya-Azərbaycan əlaqələri bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəkdir.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Vladimir Putinə minnətdarlığını bildirib. Dövlətimizin başçısı öz növbəsində Azərbaycan ilə Rusiya arasında əlaqələrin bundan sonra da uğurla inkişaf edəcəyinə və ölkələrimizin bir-biri ilə daha sıx əməkdaşlıq həyata keçirəcəyinə əminliyini ifadə edib.

Telefon söhbəti zamanı dövlət başçıları strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq münasibətlərinin perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 755
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."