Putin Lavrovun müavinini işdən çıxardı
Rusiya Prezidenti Vladimir Putin Mixail Boqdanovu ölkənin xarici işlər nazirinin müavini vəzifəsindən azad edib.
Yenicag.az xəbər verir ki, müvafiq fərman rəsmi hüquqi informasiya portalında dərc olunub.
Bundan əlavə, Putin başqa bir sərəncamla Boqdanovu Rusiya prezidentinin Yaxın Şərq və Afrika ölkələri üzrə xüsusi nümayəndəsi vəzifəsindən də azad edib./Oxu.az/