Putin nazirlərə çağırış etdi
Rusiya Prezidenti Vladimir Putin Avropa Birliyinə üzv ölkələrin, Ukraynanın və Rusiyanın müvafiq nazirlərinin yaranmış gərgin vəziyyətlə əlaqədar bir araya gəlib danışıqlar aparmasını istəyib.
Rusiya prezidenti həmçinin qarşlıqlı anlaşma şəkilində Ukrayna iqtisadiyyatının bərpasında iştirak etməyə hazır olduqlarını ifadə edib. O, əlavə edib ki, Ukraynanı mavi yanacaqla təmin etməyə hazırdılar, bir şərtlə ki, yanacağın pulu bir ay öncədən ödənilsin.
Putin məsələyə tam aydınlığın “Qazpomla” danışıqlardan sonra gəlinəcəyini vurğulayıb(axar.az).