Ötən gün bütün dünyanın diqqəti Rusiyanın paytaxtı Moskvaya yönəlmişdi.
Yenicag.az xəbər verir ki, 2018-ci ildə Rusiyada keçiriləcək dünya çempionatının püşkatmasında ölkə prezidenti Vladimir Putin də iştirak etdi.
Samuel Eto’o, Dieqo Maradona, Pele kimi veteran futbolçularla görüşən Putinin fotoları dünya mətnuatını bəzəyib.
Lakin, “Financial Times”in köşə yazarı Saymon Kuper Putinlə bağlı fərqli düşünür.
Onun sözlərinə görə, Putin futbolu sevən biri deyil. O, sadəcə, “DÇ-2018″-i Rusiyada təşkil etməklə ölkəsini dünyaya güclü ölkə kimi təqdim etməyə çalışır.
Maraqlıdır ki, Saymona görə, Putin bu planı heç də uğurlu alınmayıb. O, yazısında”Putin öz qapısına qol” vurdu, deyə qeyd edib.
Jurnalistin belə düşünməsinə səbəb isə Soçi Qış Olimpiyadasında baş verənlər, dopinq qalmaqalları və ABŞ-ın prezident seçkilərinə müdaxdilə etməsi ilə bağlı yayılan iddialardır. Saymon qeyd edib ki, Rusiya insanların ora getməyə qorxudan bir ölkəyə çevrilib.
www.yenicag.az