Putin Paşinyanla görüşəcək?

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin Rusiya paytaxtına səfəri zamanı Ermənistanın baş naziri Nikol Paşinyanla görüşməyi planlaşdırmır.

Yenicag.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov növbəti brifinq zamanı bildirib.

“Bu gün Putin və Paşinyan arasında ayrıca görüş planlaşdırılmır. Nikol Paşinyan Avrasiya İqtisadi İttifaqının (Aİİ) hökumətlərarası şurasının iclasında iştirak edəcək”, – deyə dövlət başçısının mətbuat katibi jurnalistlərin müvafiq sualını cavablandırarkən bildirib.

O, həmçinin bildirib ki, Rusiya rəhbərliyi Ermənistan Nazirlər Kabinetinin sədrinin Avrasiya İqtisadi İttifaqının (Aİİ) qarşıdan gələn sammitində iştirakını gözləyir. Tədbir dekabrın 25-də Sankt-Peterburqda baş tutacaq./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600