Putin Pezeşkianla danışdı

media-hightechnic-468x90

Rusiya prezidenti Vladimir Putin İran prezidenti Məsud Pezeşkianla telefon danışığı aparıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu  barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Tərəflər yanvarın 17-də Pezeşkianın Rusiyaya səfəri zamanı imzalanmış iki dövlət arasında “Hərtərəfli Strateji Tərəfdaşlıq” haqqında Müqavilə əsasında Rusiya-İran əməkdaşlığının daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər. Qarşılıqlı faydalı ticarət və investisiya əlaqələrinin genişləndirilməsinə xüsusi diqqət yetirilib.

Bundan əlavə, cari regional və beynəlxalq problemlər, o cümlədən Omanın vasitəçiliyi ilə ABŞ və İran arasında İranın nüvə proqramı üzrə danışıqların gedişi ilə bağlı fikir mübadiləsi aparılıb./unikal

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05