Reklam: High Technic
hightechnic

Putin: “Rusiyanın dinamik inkişafını təmin etməliyik” - VİDEO

Rusiya prezidenti Vladimir Putin seçkilərdən sonra Rusiya xalqına müraciətlə çıxış edib.

Yenicag.az rus mətbuatına istinadən xəbər verir ki, dövlət başçısı çıxışı zamanı bunları deyib:

“Ölkəmizin dinamik inkişafını təmin etməliyik, insanların yaxşı yaşaması üçün çalışmalı və bəzi sahələri təkmilləşdirməliyik. Bütün qərarlar ölkəmizin, vətəndaşlarımızın, uşaqlarımızın və gələcək nəsillərin maraqları əsasında qəbul ediləcək.

Bildiyiniz kimi, bu gün Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin yekun nəticələrini açıqladı. Seçkilərdə 67 faizdən çox seçici iştirak edib, 73 milyon çox insan səs verib. Dövlətin hazırki başçısına 56 milyondan çox insan səs verib ki, bu göstərici 76 faizdən çoxdur və bu da ölkəmizin tarixində ən yüksək göstəricidir”.

www.yenicag.az

955