Putin Sevastopola yeni rəhbər gətirdi
Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan vitse-admiral Sergey Menyaylonu Sevastopol qubernatoru səlahiyyətlərinin icraçısı təyin edib.
Şəhər rəhbərliyinə seçkilər sentyabrın 14-də keçiriləcək.
Xatırladaq ki, bu vaxta qədər Sevastopola qalmaqalı Aleksey Çaliy rəhbərlik edib. O, Krımın əvvəlki Baş naziri Sergey Aksyonovla Krımın Rusiyaya birləşdirilməsi ilə bağlı sənədə Vladimir Putinlə birgə imza atan 3 nəfərdən biridir.
Qeyd edək ki, yeni təyinat alan Sergey Menyaylo Şimali Osetiyada rus-osetin ailəsində anadan olub. Osetin dilini mükəmməl bilir. Arvadı da milliyətcə osetindir. Menyaylo 2008-ci ilin məlum avqust hadisələri zamanı Gürcüstana qarşı hərbi savaşlara rəhbərlik edən şəxslərdən biridir. O, hərbi–dəniz desant kampaniyasına göstərişlər verib.
Diqqətə çatdıraq ki, Gürcüsatana qarşı apardığı uğurlu əməliyyatlara görə 4-cü dərəcəli “Vətənə xidmətə görə” medalı ilə təltif olunub. Onun Şimali Osetiyanın rəhbərliyinə gətirilməsi şansları da yüksək göstərilirdi(axar.az).