!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putin Təhlükəsizlik Şurasını topladı

!Reklam – Yazi

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının iclasını keçirib.

Yenicag.az xəbər verir ki, iclasın əsas mövzusu ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyalarına qarşı tədbirlər olub.

Kremlin sözçüsü Dmitri Peskov mətbuata açıqlamasında bildirib ki, Putin Şura üzvlərinə ABŞ Prezidenti Co Baydenlə telefon danışığı barədə məlumat verib.

Qeyd edək ki, C.Bayden kiberhücum cəhdi və president seçkilərinə təsir etməyi hədəfləyən fəaliyyətlərlə bağlı olduqlarını əsas gətirməklə, 10 rusiyalı diplomatın deportasiya ediləcəyini açıqlamışdı.

ABŞ Xəzinə Nazirliyi də kiberhücum cəhdi və seçkilərə müdaxiləyə görə Rusiya iqtisadiyyatını hədəf alan bir sıra sanksiyalar tətbiq olunacağını elan etmişdi.

Rusiya XİN sözçüsü Mariya Zaxarova isə ABŞ-ın ölkəsinə qarşı yeni sanksiya qərarına cavab verəcəklərini bildirmişdi.

www.yenicag.az

500
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv