Putin Trampın qəzəbini yumşaltmaq üçün bu addımı atdı

media-hightechnic-468x90

Kremlin qəfildən Ukraynada “Pasxa atəşkəsi” elan etməsi Rusiya lideri Vladimir Putinin ABŞ Prezidenti Donald Trampın qəzəbini azaltmaq cəhdidir.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə “İndependent”in analitik yazısında bildirilib.

“Tramp administrasiyası sülh danışıqlarına gəldikdə qətiyyətlə Rusiyanın tərəfindədir. Deməli, Kremlin qəfil birtərəfli atəşkəs elanı Ağ Ev tərəfindən müsbət qarşılanmalıdır”, – analizdə qeyd olunub.

Nəşrin yazdığına görə, Tramp Putindən məyus olduğunu göstərir:

“Rus lideri isə Amerika liderinin qıcıqlanmasını müharibəyə heç bir ciddi təsiri olmayan “Pasxa atəşkəsi” ilə yumşaldır”.

Qeyd edək ki, Pasxa bayramı ilə bağlı atəşkəs 19 aprel 18:00-da elan edilib və 20 aprel gecə (30 saat) başa çatıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05