Putin Ukraynada “Novorosiya” yaradır-Video

media-hightechnic-468x90

HHHHHHBir neçə gün bundan öncə canlı efirdə çıxışı zamanı Qərbi və rəsmi Kiyevi şoka salacaq açıqlama verərən Rusiya Prezidenti Vladimir Putin aydın şəkildə bəyan etdi ki, Ukraynanın cənub-şərq vilayətləri Rusiyanın tarixi torpaqlarıdır və adı “Novorusiya”dır.

Artıq bu yöndə əməli işlərə start verilib. Belə ki, Yefpatoriya şəhərinə “Novorusiya”nın Koordinasiya Şurasında təmsil olunacaq şəxslər toplaşmaqdadır. Vurğulanır ki, onlar yeni ərazi vahidinin yaradılması və atılacaq addımları müzakirə edəcəklər.

Qeyd edək ki, son günlərə qədər bu tədbirin yeri və tarixi ciddi şəkildə sirr saxlanılırdı. Artıq hadisə yerinə Luqansk və Xarkov vilayətlərinin separatçı liderlərinin toplaşdığı deyilir.

Şuranın gündəliyi və görəcəyi işlər barədə yaxın günlərdə ətraflı məlumat veriləcək(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600