“Putin Ukraynaya təzyiqləri daha da artıracaq” – Şon Bell

media-hightechnic-468x90

“Yanvar ayının 20-nə qədər Rusiya prezidenti Vladimir Putin Ukraynaya təzyiqləri daha da artıracaq”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsində yaxın perspektivdə nələrin baş verəcəyi ilə bağlı fikirlərini bölüşən hərbi analitik Şon Bell deyib.

Onun sözlərinə görə, ictimaiyyət arasında əhval-ruhiyyəni sarsıtmaq məqsədilə xüsusilə enerji infrastrukturu hədəf alınır.

“Bu zərbələrin qış aylarında endirilməsində məqsəd var. Rusiya və Ukrayna arasında müharibə başladığı dövrdən enerji infrastrukturu hər zaman xüsusi hədəfə çevrilib. Təzyiq vasitəsi kimi atılan bu addımların mahiyyəti qarşı tərəfi mənəvi olaraq çökdürməkdən ibarətdir. İctimaiyyət arasında yaranan ruh-düşkünlüyü müharibənin taleyini həll edən amil kimi qiymətlənidirilir.

Yanvar ayının 20-nə qədər Rusiya prezidenti Vladimir Putin Ukraynaya təzyiqləri daha da artıracaq. Çünki ABŞ-nin yeni prezidenti Donald Trampın hakimiyyət kürsüsünə oturması ilə Moskvanın strategiyasında müəyyən dəyişiklik müşahidə ediləcək”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600