Putin və Ruhani görüşdü

media-hightechnic-468x90

Moskvada Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında görüş başlayıb.

Görüşdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, prezidentin köməkçisi Yuri Uşakov, müdafiə naziri Sergey Şoyqu, İran tərəfdən isə xarici işlər naziri Məhəmməd Cavad Zərif, prezident administrasiyasının rəhbəri Məhəmməd Nəhavəndian və İranın Rusiyadakı səfiri Mehdi Sənayi iştirak edirlər.

Görüş zamanı iki ölkə arasında münasibətlər, birgə enerji layihələri və ikitərəfli əməkdaşlığın bütün spektrləri müzakirə olunacaq.

Sonda ikitərəfli sənədlərin imzalanması və mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Yeniçağ.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600