!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putindən inanılmaz etiraf: "Möhtəşəm fürsətdir!"

!Reklam – Yazi

Rusiya prezidenti Vladimir Putinin Suriya ilə bağlı verdiyi növbəti açıqlama qalmaqala səbəb olub.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Putinin Suriya xalqının taleyinə olduqca biganə yanaşması dünya ictimaiyyətinin narazılığına səbəb olub. O, Suriyadakı hərbi fəaliyyətlərini “möhtəşəm fürsət” adlandırıb:

“Müharibə meydanında silahlı qüvvələrimizdən istifadə etmək əvəzedilməz bir təcrübə idi. Suriyaya hərbi müdaxilə etməyimiz Rusiya ordusunun müharibə qabiliyyətini inkişaf etdirmək və yeni silahları sınaqdan keçirmək üçün möhtəşəm fürsət oldu”.

Putin soyuqqanlılıqla bildirib ki, silahlara sahib olmaq hələ güclü ordu demək deyil, əsas məsələ hərbçilərin həmin silahlardan necə istifadə etməli olduqlarını bilməsidir.

Qeyd edək ki, Rusiya 2015-ci ildə Suriyadakı vətəndaş müharibəsinə müdaxilə edərək, bu ölkəyə çoxlu sayda silahlı qüvvə göndərmişdi.

www.yenicag.az

1779
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv