Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Putindən intiqam aldım” – Uşaq başı kəsən dayə

gyulchekhra_bobokulovaMoskvada 4 yaşlı uşağı amansızcasına qətlə yetirməkdə şübhəli bilinən dayə Gülçöhrə Bobokulova bəyan edib ki, o bu yolla təyyarələrlə müsəlmanları bombalayan Rusiya prezidenti Vladimir Putindən qisas aldığını bəyan edib.

Bu barədə videogörüntü `Youtube` sosial şəbəkəsinə yerləşdirilib.

“Putin qan tökür. Niyə heç kim bu barədə danışmır? Onlar da, balaca uşaqlar da yaşamaq istəyirlər”, – deyə Bobokulova bildirib.

Müstəntiqin “bu qətli törətmək üçün səbəbdirmi?” sualına Bobokulova müsbət cavab verib.

Qeyd edək ki, G. Bobokulova martın ikisi 4 yaşlı uşağı amansızcasına qətlə yetirib.O, qızın başını kəsdikdən sonra mənzili yandırıb. Sonra uşağın kəsilmiş başını götürərək “Oktyabrskoye pole” metro stansiyasına yollanıb. G. Bobokulova metronun girişində “Allahu Əkbər” qışqırıb və özünü partlatmaqla hədələyib. Polis ərazini mühasirəyə aldıqdan sonra qadını saxlamaq mümkün olub.

Məhkəmə G. Bobokulova barəsində psixoloji ekspertizanın keçirilməsi haqqında qərar verib. Hüquq-mühafizə orqanları isə G. Bobokulovanın həyat yoldaşını axtarır. Onun bu cinayətlə əlaqəsinin olub-olmaması araşdırılır.(Azvision)

www.yenicag.az

317