Putini kim əvəz dəcək?
Ukrayna hadisələri fonunda Rusiya elitası daxilndə Vladimir Putindən sonra kimin prezident olacağı müzakirə mövzusuna çevrilib.
Son zamanlar Rusiya siyasi kuluarlarında prezident Vladimir Putini prezidentlik kürsüsündə kimin əvəz edəcəyi gündəmə gəlməkdədir.
Qeyd edək ki, ən real namizəd qismində onun ən yaxın adamı, qohumu 37 yaşlı keçmiş FSB əməkdaşı, hazırda isə sahibkar kimi fəaliyyət göstərən Roman Putinin adı çəkilir.
Xatırladaq ki, Roman Putin Rusiya dövlət başçısının Ryazan şəhərindəki əmisi Aleksandr Spiridonoviç Putinin nəvəsidir. Son iki ilə qədər olduqca sakit həyat tərzi keçirən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan Roman Putin prezident əmisinin sayəsində getdikcə aktiv şəkildə siyasətlə məşğul olaraq, Rusiya daxilində baş verən hadisələrdə rol oynamağa başlayıb.
Son zamanlar, hətta Romandan əmisinə qarşı müxalifətçi fiquru “yaratmaq” cəhdlərinin sezildiyi deyilir. Əlbəttə, əksər analitik və siyasətçilər onun bu satausuna birbaşa Kremldən, prezident əmisi Vladimir Putin tərəfindən xeyir-dua verildiyi qənaətindədir.
Onların fikrincə, Kremlin hazırkı sahibinin məqsədi özündən sonra Rusiya prezidenti postuna ən yaxın qohumu – Roman Putini gətirməkdir(axar.az).