!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin əlinə oynayan Tramp: "Zelenskinin bu açıqlaması onları çaşdırdı"

!Reklam – Yazi

“Ukrayna danışıqlar prosesində aparıcı rol oynamalıdır”.

Yenicag.az xəbər verir ki, bunu Rusiya-Ukrayna müharibəsinin sonlanması üçün baş verməsi lazım olan proseslərdən danışan hərbi ekspert İqor Romanenko deyib.

Onun sözlərinə görə, Ukraynada döyüşlərə son qoymaq üçün aparılan danışıqlar məsələsi olduqca mürəkkəbdir:

“İlk olaraq nəzərə alınmalı məqam ABŞ Prezidenti Donald Trampın atəşkəsin təminatçısı kimi çıxış etməyə çalışmasıdır. Ancaq sərgilədiyi yanaşma həm Ukraynada, həm də Avropada çoxları üçün məqbul deyil. Çünki Tramp açıq-aşkar Putinin əlinə oynayır.

Nə qədər çətin olsa da, döyüşlərə son qoymaq yolunda irəliləmək lazımdır. Nadir torpaq metalları ilə bağlı ilkin razılıq əldə olunub və təhlükəsizlik məsələlərində də irəliləyiş var. Eyni zamanda, Ukraynanın da danışıqlarda iştirakı ilə nağlı müsbət mesajlar var.

Hazırda əsas və təxirəsalınmaz məsələlər üzərində iş gedir. Tramp və Putin qərara gəliblər ki, döyüşlər aprelə qədər dayandırılsın. Mayın 9-da isə Putin Moskvada parad planlayır, hətta Çin liderini də dəvət edib.

Ukrayna Prezidenti Vladimir Zelenski cəsarətli bəyanatla çıxış etdi. O, əgər kimsə onun legitimliyinə şübhə edərsə, Ukraynada sülh üçün hakimiyyətdən getməyə hazır olduğunu dilə gətirdi. Bu mesaj həm Trampı, həm də rusları tamamilə çaşdırdı, çünki bu elə-belə addım deyildi. Güclü duruşun nümayişi idi. Belə addımlarla danışıqların özünə yaxınlaşacağıq. Çünki Ukrayna danışıqlar prosesində aparıcı rol oynamalıdır”.

Nəsimi Ələsgərli

www.yenicag.az

82
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv