!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Putinin İlham Əliyevlə Paşinyanı görüşə dəvəti: "Yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir"

!Reklam – Yazi

“Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək”

Yenicag.az xəbər verir ki, bu fikirləri Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistanın Baş naziri Nikol Paşinyanı dövlətlərarası münasibətləri müzakirə etmək üçün Rusiyaya növbəti üçtərəfli sammitə dəvət etməsinə münasibət bildirən politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, görüş nəticəsiz qalacaq:

“Kreml bir tərəfdən Ermənistanın Baş naziri Nikol Paşinyanın Qərbə yaxınlaşmasından narazıdır, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın diliylə ABŞ, Avropa İttifaqı və Fransa nümayəndə heyətlərinin İrəvana artan səfərlərini tənqid edir, o biri tərəfdən də nəzarətindəki televiziyalar vasitəsilə Azərbaycanı hədəf seçib Qarabağ separatçılarına informativ dəstək verir. Belə çıxır ki, Kreml Azərbaycan və Ermənistanın yerinə Qarabağ separatçılarına üstünlük verib.

Bütün bunlar varkən Rusiya Prezidenti Vladimir Putinin Azərbaycan və Ermənistan liderləri ilə üçlü görüşü nəticə verməyəcək, nəsə ortaq bəyanat qəbul ediləcək, ancaq ardı gəlməyəcək. Putinin bu görüşdən yeganə dərdi ABŞ və Avropaya mesaj göndərməkdir ki,  ənubi Qafqaz bizlikdir, buralarda görünməyin. Ancaq Putinə də deyərlər ki, sən get Ukraynada düşdüyün bataqlığın dərdini çək, biz özümüz bilərik nə edərik”

www.yenicag.az

521
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv