“Putinin növbəti hədəfi Azərbaycandır” – Makkeyn

media-hightechnic-468x90

src_adapt_480_low_51353700Senator Con Makkeyn Azərbaycanla bağlı sualı cavablandırdı: “Putinin növbəti hədəfi Azərbaycandır”

ADİHİ rəhbəri Əhməd Şahidov ABŞ senatorları ilə görüşdə Dağlıq Qarabağla bağlı məsələ qaldırıb

İyunun 21-də Slovakiyanın paytaxtı Bratislava şəhərində GLOBSEC 2015 Təhlükəsizlik Forumu öz işini davam etdirib. Avropanın dövlət və hökumət başçılarının iştirak etdiyi bu beynəlxalq tədbirdə Avropa regionunda təhlükəsizlik problemi və terrorla mübarizə, habelə Rusiyanın xarici siyasəti məsələləri müzakirə olunub.

‘ABŞ və Avropa əməkdaşlığı’ mövzusunda keçirilən növbəti müzakirələrdə ABŞ Senatının üzvləri – Con Makkeyn, Tom Kotton və Con Barrosso ABŞ-ın xarici siyasəti və Avropanın təhlükəsizliyi barədə danışıblar və gəncləri maraqlandıran sualları cavablandırıblar.

Görüşdə iştirak edən ADİHİ rəhbəri Əhməd Şahidov amerikalı senatorlara Cənubi Qafqazdakı mövcud konfliktlər, xüsusən də Dağlıq Qarabağ münaqişəsi barədə sual ünvanlayıb və ABŞ-ın Azərbaycanla bağlı mövqeyini soruşub. Hüquq müdafiəçisi Əhməd Şahidovun sualına cavab verən senator Con Makkeyn bildirib ki, Ermənistanla bağlı durum məlumdur. Bu ölkə Rusiyadan tam asılıdır: “O ki qaldı, Azərbaycana, təəssüflə bildirməliyəm ki, Putinin növbəti hədəfi Azərbaycandır və biz bunu gözləyirik. Dağlıq Qarabağ münaqişəsi barədə isə onu deyə bilərəm ki, tərəflər özləri münaqişəni həll etməli və yaxınlıq göstərməlidirlər. ABŞ olaraq, biz sülh naminə atılan istənilən addımı alqışlayırıq.”

10409397_475901222559675_6326189425462084437_n 11424457_475901335892997_2805118505514407544_n 3

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600