Putinin səlahiyyətli nümayəndələri arasında azərbaycanlı – FOTO

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) prezidentliyə namizəd Vladimir Putinin səlahiyyətli nümayəndələrinin siyahısını təsdiqləyib.

Yenicag.az xəbər verir ki, indiki prezidenti seçki kampaniyası zamanı səlahiyyətli nümayəndələrindən biri Rusiyadakı azərbaycanlıların “Azerros” Federal Milli Mədəni Muxtariyyətinin prezidenti Mehriban Sadıqova olacaq. M. Sadıqova Putinin səlahiyyətli nümayəndələri arasında hələlik yeganə azərbaycanlıdır.

Qeyd edək ki, Rusiyada prezident seçkiləri martın 18-də keçiriləcək.